- Ana səhifə
- Məxfilik siyasəti
Məxfilik siyasəti
Məxfilik siyasəti
“Forthing Motor Azerbaijan” MMC (bundan sonra Şirkət adlanacaq), Forthing Motor şirkətinin Azərbaycanda yeganə rəsmi təmsilçisidir.
“Forthing Motor Azerbaijan” MMC, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qurulmuş bir şirkətdir.
İdentifikasiya nömrəsi: 202241396
Hüquqi ünvan: Ağmaşenebeli pr. 156, Tbilisi 0112
Bu məxfilik siyasətinin məqsədi, şirkətin rəsmi sahibliyində mövcud olan veb-saytın –www.orchid-woodcock-434315.hostingersite.com-ın (bundan sonra “veb-sayt”) istifadəçiləri / üzvləri / ziyarətçiləri tərəfindən paylaşılan şəxsi məlumatların istifadə şərtlərini tənzimləməkdir.
Sizin şəxsi məlumatlarınız bizim tərəfimizdən necə işlənir və istifadə olunur?
İlk növbədə, sizin məxfi məlumatlarınızın qorunmasının bizim üçün son dərəcə vacib olduğunu tam məsuliyyətlə bəyan edirik.
Bu veb-sayta (bundan sonra “veb-sayt” olaraq adlandırılacaq) sizin ziyarətinizi və bizim xidmətlərimizə və məhsullarımıza olan marağınızı yüksək qiymətləndiririk.
Şirkətin rəsmi veb-saytına daxil olaraq, siz bu məxfilik siyasətini (bundan sonra “siyasət” adlandırılacaq) qəbul edirsiniz. Əgər siz bu siyasətlə razı deyilsinizsə, veb-saytın növbəti səhifələrini istifadə etməyə davam etməyin. Əgər siz veb-saytdan istifadə etməyə və xidmət almağa davam etsəniz, bu avtomatik olaraq siyasətlə tam razılaşmaq sayılacaq.
Qeyd etmək lazımdır ki, bu siyasət zaman -zaman yenilənə bilər və bu cür yeniləmələrdən xəbərdar olmaq istifadəçinin məsuliyyətidir.
Şəxsi məlumatların işlənməsi
Fərdi məlumatların işlənməsi “Şəxsi Məlumatların Qorunması Haqqında” Azərbaycan Respublikasının qanununa tam və ciddi riayət olunmaqla həyata keçiriləcəkdir.
Bizim tərəfimizdən sizin şəxsi məlumatlarınız yalnız əvvəlcədən razılığınızla və yalnız sifariş verdiyiniz zaman (məsələn: hərracda bir avtomobil taparkən) və ya bizimlə müqavilə bağlayaraq ofis açdığınız zaman işlənə bilər.
Məlumat emalının birbaşa məqsədi, istifadəçiləri identləşdirmək/uzaqdan yoxlamaq, səslə və / və ya vizual olaraq (fotoşəkillə) qorumaqdır. İstifadəçini vizual (fotoşəkil) identləşdirmə prosesində, onun məlumatların texniki işlənməsi məqsədi ilə müvafiq lisenziyası, səriştəsi və səlahiyyəti olan üçüncü bir şirkətə verilə bilər.
Hər halda, istifadəçilər qarşısında, məlumatların işlənməsinə və onların yalnız və yalnız müqavilə və / və ya marketinq məqsədləri üçün istifadəsinə görə yalnız biz məsuliyyət daşıyırıq.
Siz istənilən vaxt bizim tərəfimizdən, sizin məlumatlarınızın işlənməsi ilə bağlı məlumat tələb etmək hüququna maliksiniz. Xüsusilə, əgər sizin şəxsi məlumatlarınız natamam, qeyri -dəqiq, yenilənməmişdiir və ya qanuna zidd olaraq toplanıb və işlənibsə, siz onların düzəldilməsini, yenilənməsini, əlavə edilməsini, blok edilməsini, silinməsini və ya məhv edilməsini tələb edin. Qeyd edilən qanuna zidd olmadığı təqdirdə, siizin tələbiniz dərhal təmin ediləcəkdir. Nəzərə alın ki, qeyd edilən məlumatı sizə yalnız sizin tələbiniz olduğu halda vermək məcburiyyətindəyik.
Siizin şəxsi məlumatlarınızı necə istifadə edirik?
Zəhmət olmasa, sizin şəxsi məlumatlarınızı işləmə prosesində, bizim iş prinsiplərimizi və sizin hüquqi müdafiə mexanizmlərimizi oxuyun:
Şəxsi məlumatlara icazəsiz giriş halında, sizin şəxsi məlumatlarınızı qorumaq üçün mövcud təhlükəsizlik mexanizmlərindən istifadə edirik. Bura Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan birbaşa marketinq məqsədləri üçün xidmətlərimizdən sizin istifadə etdiyiniz müddət ərzində əldə edəcəyimiz məlumatlar daxildir.
Siz veb-saytı ziyarət edərkən, server ziyarətinizin təfərrüatlarını avtomatik olaraq qeyd edir, məsələn:
- IP ünvanınız;
- Veb-saytımızı ziyarət etdiyiniz veb-sayt;
- Ziyarət zamanı istifadə olunan İnternet-brauzerin növü;
- Qeyd edilən brauzerin yerləşdiyi cihazın növü;
- Faktiki olaraq ziyarət etdiyiniz şirkət veb-saytının xüsusi səhifələri;
- Veb saytı ziyarətinizin tarixi, vaxtı, müddəti və s.
Biz, şəxsi məlumatların işlənməsi və istifadəsi ilə əlaqədar bütün cari qanun və qaydalara riayət edirik.
Sizin şəxsi məlumatlarınızı yalnız bunun üçün xüsusi bir müqavilə əsası olduqda istifadə etmək üçün qanuni hüququmuz var, məsələn: bir avtomobil sifariş etmisiniz və / və ya başqa bir müqavilə bağlamısınız və / və ya aramızda bir müqavilə var və ya siz, bizim xidmətlərimizdən istifadə etməyi həyata keçirirsiniz / artıq həyata keçirdiniz.
Söz veririk:
- Şəxsi məlumatlarınızın təhlükəsizliyinə və qorunmasına diqqət yetirəcəyik;
- Sizin şəxsi məlumatlarınızı qanunsuz olaraq istifadə etməyəcəyik;
- İstənilən vaxt, əlimizdə olan sizin şəxsi məlumatlarınızın işlənməsi və istifadəsi ilə bağlı sizə tam və dolğun məlumat verəcəyik.
Siz, şəxsi məlumatlarınızın istifadəsinə razılıq verməmək və ya onun silinməsini və ya ləğv edilməsini tələb etmək hüququna maliksiniz. Suallarınız varsa, məlumatlarınızı istifadə etməyimizlə razı deyilsinizsə və ya məlumatlarınızı silmək və ya istifadənizi məhdudlaşdırmaq istəyirsinizsə bizimlə əlaqə saxlayın.
Şəxsi məlumatlar nə vaxt və hansı mənbələrdən əldə edilir və toplanır?
Sizin haqqınızda şəxsi məlumatları sizin təqdim etdiyiniz və aşağıda verilən mənbələrdən elə hallarda əldə edə bilərsiniz, nə zaman ki:
- Məhsul və ya müxtəlif xidmətlər əldə etmək üçün bizə müraciət edərsiniz;
- Telefonla və ya birbaşa filiala baş çəkərkən bizimlə əlaqə saxlayarsınız;
- Veb-saytımızdan istifadə edərsiniz;
- Bizə həm maddi, həm də elektron formada məktublar göndərərsiniz;
- Bizimlə müqavilə əlaqəniz varsa.
Cookies
Biz Cookies- dən istifadə edirik, o da bizə veb-saytda istifadəçilərin davranışlarını izləməyimizə imkan verir. Bu şəkildə, veb-saytında olarkən müştərilərimizə ən yaxşı təcrübəni təqdim etdiyimizdən əmin olmaq istəyirik və ən əsası, bunların hamısı xidmətlərimizin keyfiyyətini daim yaxşılaşdırmağa kömək edir.
Veb-saytda, istifadəçilərin veb-saytdakı naviqasiyası və davranışları haqqında Cookies-dən alınan məlumatlar toplanılır, xüsusilə:
- Veb-sayta daxil olan IP ünvanı, cihaz növü, əməliyyat sistemi və brauzer;
- Veb-saytında açılan səhifələrin və müddəti daxil olmaqla sessiyanın müxtəlif parametrləri;
- Veb-saytda müəyyən edilmiş hərəkətlər, məsələn: formaların doldurulması, veb saytın interaktiv elementlərindən istifadə edilməsi və s .;
- • Veb saytdakı sahələri doldurma prosesi, vaxtı və forması.
Əldə olunan məlumatları nəyə görə istifadə edirik?
- Daha sonra prosesləri, sahələri və dizaynları optimallaşdırmaq üçün istifadə edəcəyimiz veb-sayt statistikasını yaratmaq üçün;
- Veb-sayt istifadəçilərini qorumaq və saxtakarlıqların qarşısını almaq üçün;
- Müştərilərin veb-sayta axınını izləmək və marketinq kampaniyalarının effektivliyini qiymətləndirmək üçün;
- Veb-saytı və onun komponentlərini istifadəçilərin ehtiyaclarına görə uyğunlaşdırmaq üçün;
- Google Analytics hesabatları yaratmaq üçün.
Cookies faylları istifadəçilərin bizim veb-saytımıza necə daxil olduqlarını müəyyən etmək üçün istifadə olunur. Veb-saytdan istifadə etməzdən əvvəl, “razılıq” düyməsini basaraq Cookies və müştəri davranışı müşahidəsi haqqında bildirişi ilə razılaşmaq imkanınız var. Cookies siyasətini qəbul etmirsinizsə, lakin veb-saytdan istifadə etməyə davam edirsinizsə, bu hərəkət yenə də yuxarıdakı hərəkətə razılığınız sayılacaq.
Biz, Cookies fayllarından və istifadəçi davranışı müşahidəsi haqqında alınan məlumatlardan şəxsi məlumatları toplamaq məqsədilə istifadə etmirik. Cookies məhdudlaşdırmaq və ya veb-saytımızda bloklamaq istəyirsinizsə, bunu brauzerinizin parametrlərini dəyişdirərək edə bilərsiniz. Nəzərə alın ki, Cookies fayllarını blok etsəniz və ya silsəniz, təklif etdiyimiz bəzi xidmətlər işləməyəcək.
Sizin şəxsi məlumatlarınızı kimlərlə paylaşırıq?
Sizin şəxsi məlumatlarınızın paylaşılması Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda zəruri ola bilər.
Məhsulları istehlakçıların ehtiyaclarına uyğunlaşdırmaq
Biz, müştərilərimizi fərdi ehtiyaclarını öyrənmək üçün qruplara bölürük və alınan məlumatlara əsaslanaraq istədiyimiz və onlara uyğun həllər hazırlayırıq. Bu proses müxtəlif seqmentlərə uyğun məhsullar yaratmağımıza və onlarla əlaqəni tənzimləməyimizə kömək edir.
Marketinq
Biz, sizin şəxsi məlumatlarınızı, sizin üçün xüsusi məhsulları müəyyən etmək üçün istifadə edə bilərik. Sizin şəxsi məlumatlarınızı yalnız bizimlə paylaşdığınız ölçüdə əldə edə bilirik. Bu məlumatları əlimizdə olan vasitələrlə sizinlə əməkdaşlıq müddətində toplayırıq. Nəyə ehtiyacınız olduğunu, nə ilə maraqlandığınızı və ya istəklərinizin nə ola biləcəyini öyrənmək üçün məlumatlarınızı araşdırırıq. Beləliklə, hansı məhsulun sizin üçün uyğun olduğuna qərar veririk. Biz yalnız sizin razılığınız olduqda şəxsi məlumatlarınızı istifadə ediirik və sizə marketinq mesajları göndəririk.
Siz, istənilən vaxt bizimlə əlaqə qurmaq və marketinq mesajları göndərməyi dayandırmağımızı istəmək hüququna maliksiniz. Biz, sizin istəklərinizə hörmətlə yanaşırıq və belə bir bildiriş aldıqdan sonra şəxsi məlumatlarınızı birbaşa marketinq məqsədləri üçün istifadə etməyi dayandıracağıq. Sizin təhlükəsizliyiniz və maraqlarınız bizim üçün vacibdir, buna görə də hər halda sizə təklif olunan məhsullar, şirkətin etdiyi şərtlər və dəyişikliklər haqqında bildiriş alacaqsınız.
Sizin şəxsi məlumatlarınızı nə qədər müddət saxlayırıq?
Sizin şəxsi məlumatlarınızı, sizinlə əməkdaşlıq etdiyimiz müddət ərzində saxlayırıq. Həmçinin, əməkdaşlığın sona çatmasından sonra 5 ilədək müddətə, aşağıdakı səbəblərə görə:
- Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli orqanlara təqdim etmək;
- Bizim məlumatları işləməmizin həqiqətən də Azərbaycan Respublikasınının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyini sübut etmək;
- Müvafiq requlasiyalara / qaydalara riayət edərək, məlumatların işlənməsi / qeydlərin aparılması və / və ya qanunla müəyyən edilmiş tələblərin yerinə yetirilməsi məqsədi ilə.
İstisna hallarda, biz, sizin şəxsi məlumatlarınızı hüquqi və ya normativ səbəblərdən silə bilmədiyimiz halda 5 ildən çox saxlaya bilərik. Əgər düşünürsünüzsə ki, bizdə saxlanan məlumatlarınızın səhv və ya natamamdır, xahiş edirik şübhələrinizi qeyd etmək üçün bizimlə əlaqə saxlayın. Biz, hər hansı bir qüsurları yoxlamaq və düzəltmək üçün bütün ağlabatan tədbirləri görəcəyik.